Ukraynada Xerson vilayətinin Şirokaya Balka kəndinin artilleriya atəşinə tutulması nəticəsində bütün ailə - valideynlər və onların iki uşağı həlak olub.
Yerli hakimiyyət orqanları bildiriblər ki, ölən oğulun 12 yaşı olub. Qız isə 23 günlük imiş.
Əvvəlcə oğlanın sağ qaldığı, xəstəxanaya yerləşdirildiyi barədə məlumat daxil olub. Daha sonra daxili işlər naziri İqor Klimenko özünün Telegram kanalında oğlanın öldüyünü yazıb.
SİA-nın əldə etdiyi məlumata görə, Xerson vilayətində ümumilikdə 6 nəfər mərmilərin qurbanı olub.
Şirokaya Balka ilə bitişik Stanislav kəndində daha iki nəfər həlak olub, bir nəfər isə yaralanıb. Əraziyə 12 mərmi zərbəsinin atıldığı qeydə alınıb.
Qeyd edək ki, Şirokaya Balka və Stanislav Qara dənizin Dnepr estuarının şimal sahilində, Xersonun qərbində yerləşir. BBC Rus Xidməti qeyd edir ki, estuarinin cənub sahili rus qoşunları tərəfindən işğal olunub.
Bu arada Ukrayna Baş Prokurorluğunun məlumatına görə, Rusiyanın başlatdığı genişmiqyaslı müharibədə ölkədə artıq 500 uşaq ölüb.
“2023-cü il avqustun 13-də səhər saatlarına olan məlumata görə, yetkinlik yaşına çatmayan 500 uşaq ölüb, 1097-dən çoxu müxtəlif dərəcəli bədən xəsarətləri alıb”.
Müharibə boyu Ukraynadakı mülki hədəflərə qəsdən zərbələr endirilməsi ilə bağlı iddiaları təkzib edən Rusiya Müdafiə Nazirliyi bazar günü bildirib ki, Rusiya hərbçiləri son 24 saat ərzində Xerson da daxil olmaqla dörd istiqamətdə Ukrayna qüvvələrinin hücumlarını dəf edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB