Belqorod vilayətində bir gündə üçüncü pilotsuz uçan aparat vurulub
Rusiya Müdafiə Nazirliyi bazar günü Ukraynaya məxsus pilotsuz uçan aparatın Belqorod vilayəti üzərində vurduqlarını bildirib.
“…Avqustun 13-də Moskva vaxtı ilə saat 13:30 radələrində Kiyev rejiminin Rusiya Federasiyası ərazisindəki obyektlərə təyyarə tipli pilotsuz uçuş aparatları ilə terror aktı törətmək cəhdinin qarşısı alınıb”.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Rusiya Müdafiə Nazirliyi bildirilib.
“Rusiya hava hücumundan müdafiə sistemləri Belqorod vilayətinin ərazisində pilotsuz uçuş aparatını aşkar edərək məhv edib. Tələfat və dağıntı yoxdur”.
Bunu da nazirlik bildirilib.
Xatırladaq ki, bundan əvvəl rusiyalı hərbçilər Belqorod vilayətində iki, Kursk vilayətində isə bir pilotsuz təyyarənin vurulduğunu bildirmişdilər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB