“Türkiyə əsri”ni “Millətin əsri” etmək üçün səfərbərik"

Nevşehirdə keçirilən, böyük mütəfəkkir Hacı Vəli Bektaşinin 752-ci xatirə ili tədbirinə videomüraciət göndərən Ərdoğan ​​birlik və həmrəyliyin əhəmiyyətini vurğulayaraq deyib...
“Türkiyə əsri”ni “Millətin əsri” etmək üçün səfərbərik"

Prezident Rəcəb Tayyib Ərdoğan müxtəlif çətinliklərə baxmayaraq, böyük və güclü Türkiyə hədəfinə doğru möhkəm addımlar atdıqlarını bildirib.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Nevşehirdə keçirilən, böyük mütəfəkkir Hacı Vəli Bektaşinin 752-ci xatirə ili tədbirinə videomüraciət göndərən Ərdoğan ​​birlik və həmrəyliyin əhəmiyyətini vurğulayaraq deyib: “Fevralın 6-da Kahramanmaraşda olan, "Əsrin fəlakəti" adlandırılan, 11 rayonda baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdə dövlət və millət yaraları sağaltmaq üçün birlikdə səy göstərdi.

Zəlzələdən cəmi 3 ay sonra Türkiyə tarixinin ən mühüm seçkilərindən biri olan və qardaşlığa yaraşan bir demokratiya ziyafəti keçirdik. Bu gərgin günlərdə uzaqgörənliklə hərəkət edərək mənşə və məzhəb fitnə-fəsadına uymadıq. Seçkilərdən sonra “Türkiyə əsri”nin inşasına birlikdə başladıq.

Türkiyə Cümhuriyyətinin ikinci əsrini “millətin əsri” etmək üçün səfərbərik. Müxtəlif çətinliklərlə üzləşsək də, böyük və güclü Türkiyə hədəfinə doğru möhkəm addımlar atırıq. Sabahlar üçün verdiyimiz mübarizədə həzrəti Hacı Vəli Bektaşinin insanpərvərliyi, mərhəməti, səfqəti, qardaşlığı tərənnüm edən mesajları bizim şüarlarımızdandır. Bizə 72 millətə bir gözlə baxmağı tövsiyə edən bu mesajlara möhkəm sarılaraq millətimizə və bütün bəşəriyyətə xidmətə davam edəcəyik”.

Bütün xəbərlər Facebook səhifəmizdə