Bu ruslar türkmənlərə də öz kasıbçılığını eləməyə imkan verməyəcəklər...

Aşqabad Rusiyanın Çinə qaz tədarükünü artırmaq planlarından narahatdır
Bu ruslar türkmənlərə də öz kasıbçılığını eləməyə imkan verməyəcəklər...

Deməli, bu arada Aşqabad Rusiyanın Çinə qaz tədarükünü artırmaq planlarından narahatlığını bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, “Türkmənqaz” dövlət konserninin sədr müavini Myrad Arçayevin bəyanatı Türkmənistan Xarici İşlər Nazirliyinin saytında yerləşdirilib.

Nədir məsələ?

Qeyd edək ki, Arçayev Rusiya Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq Departamentinin direktoru Dmitri Biriçevskinin Rusiya, Özbəkistan və Qazaxıstan arasında “üçlü qaz ittifaqı”nın yaradılmasını elan etdiyi müsahibəsini şərh edib.

Xatırladaq ki, rus səlahiyyətlisi Biriçevski, digər dövlətlərin də üç ölkə ilə qaz tərəfdaşlığında maraqlı olduğunu bildirib. Onu necə deyirlər,..əcəbmiş...

Aşqabad nümayəndəsi bildirib ki, rusiyalı diplomatın “sadələşdirilmiş ifadəsi” qaz əməkdaşlığı ilə bağlı konkret suallara cavab vermir.

Arçayev bəyan edib ki, Özbəkistan və Qazaxıstandan qaz “yalnız Türkmənistan və Çin tərəfləri tərəfindən tikilən” boru kəməri vasitəsilə tədarük edilir.

Təbii ki, Aşqabadın qorxusuna Türkmənistan qazının Çin bazarında Rusiya qazı ilə rəqabəti səbəb ola bilər.

Bildirək ki, Türkmənistanın büdcə gəlirlərinin təxminən 80 faizi qaz ixracından asılıdır, Dünya Bankının məlumatına görə, 2022-ci ildə qazın qiymətinin artması ölkəyə ÜDM-in təxminən iki faiz artımını təmin edib.

Yeri gəlmişkən, Türkmənistan qazının əsas alıcısı Çindir. Belə görünür ki, rus buna da imkan verməyəcək? Çünki...

“Kommersant” qəzeti yazır ki, Özbəkistan və Qazaxıstanla razılaşmanın köməyi ilə Rusiya bu ölkələrin ərazisindən keçən Türkmənistan boru kəməri ilə Çinə qaz nəql etməyə başlaya bilər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə