Antalyada fabrikdə güclü yanğın baş verib

Antalyada fabrikdə güclü yanğın baş verib

Türkiyənin Antalya bölgəsində Döşemealtı səmtindəki Mütəşəkkil Sənaye ərazisindəki fabrikdə baş verən yanğının söndürülməsi istiqamətində işlər davam edir.

SİA CNN-ə istinadən xəbər verir ki, yanğın səhər saatlarında qida fabrikində baş verib.

Yanğın yerinə bir çox rayonlardan qruplar göndərilib. Söndürmə işləri davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə