Görən, meyit köhnə sovet ölkələrindən hansına göndəriləcək?

Görən, meyit köhnə sovet ölkələrindən hansına göndəriləcək?

Moskvada, təbii ki, miqrant fəhlə tikilməkdə olan binanın 20-ci mərtəbədən yıxılaraq ölüb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, hadisə Novopodmoskovnıy zolağında tikilməkdə olan binada baş verib.

Belə ki, miqrant fəhlə tikilməkdə olan binanın 20-ci mərtəbəsindən liftin şaxtasına düşüb.

Qeyd edək ki, yığılan fəhləni yuxarıdan tökülən tikinti materialları da əzib.

Təbii ki, 20-ci mərtəbədən yıxılanın yaşamaq ehtimalı sıfıra bərabərdir.

Deyilənə görə, miqrantın meyiti artıq liftin şaxtasından çıxarılıb.

Maraqlıdır, görən, meyit köhnə sovet ölkələrindən hansına göndəriləcək?

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə