Pentaqonun rəhbərinin keçmiş müşaviri, polkovnik Duqlas Makqreqor bu dəfə də “yeni xəbərlərlə” gəlib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Makqreqor özünün “YouTube” kanalında bu gün Ukraynada ruslara qarşı vuruşan əcnəbi muzdluların ölkəni tərk edib aradan çıxdıqları barədə danışıb.
Onun sözlərinə görə, cəbhədə uğur qazanmadığı üçün Ukrayna hərbçiləri arasında narazılıq artır.
Hətta Ukraynanın tərəfində bir qədər əvvəl canfəşanlıqla vuruşan xarici muzdlular da indi “dabanlarına tüpürüb qaçırlar”
“Uğursuz” polkovnikə görə, indi Ukraynada qalıb gözləmə mövqeyində dayananlar yalnız polyaklardır.
...Yəqin ki, umacaqları var?
Makqreqor, Ukrayna hərbçiləri arasında fərarilik hallarının artdığını da ehtimal edir. Onun sözlərinə görə, nəticədə Ukrayna ordusu parçalanacaq və sonradan tamamilə məğlub olacaq.
“Bunun nə vaxt baş verəcəyini dəqiq deyə bilmərəm, amma düşünürəm ki, biz artıq buna yaxınıq”.
Bunu deyən Makqreqor, bir müddət bundan əvvəl Ukraynadakı münaqişənin ən təhlükəli məqama gəlib çatdığını, yəni ölkənin yavaş-yavaş dağılmaq ərəfəsində olduğunu bildirmişdi.
O, hücumdan sonra ukraynalılar üçün asan olmayacağını demişdi, çünki rus qoşunları inkişaf etmiş hərbi sənaye kompleksi və çoxlu resurs sayəsində indi daha da güclüdür.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB