Bu il zəlzələ bölgəsinə 1 trilyon lirəyə yaxın resurs xərclənəcək

Bu il zəlzələ bölgəsinə 1 trilyon lirəyə yaxın resurs xərclənəcək

Bu il zəlzələ bölgəsinə 1 trilyon lirəyə yaxın resurs xərclənəcək.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Türkiyə vitse-prezidenti Cevdet Yılmaz Qaziantepin Nurdağı rayonuna səfəri zamanı bildirib.

“Nurdağında artıq çadırda qalan vətəndaşımız yoxdur. Daimi yaşayış hüququ olan vətəndaşların hamısı konteynerlərə yerləşdirilir. Nurdağı və İslahiyedə tamamlanan bəzi yaşayış evləri oktyabr ayında təhvil veriləcək.” – deyə Yılmaz bildirib.

O qeyd edib ki, bu il yalnız mərkəzi hökumət büdcəsində zəlzələ xərcləri 762 milyard türk lirəsi olacaq.

“Digər xərclərimizi hesablasaq və yerli özünüidarəetmə orqanları, Sosial Müdafiə, İŞKUR və digər işləri də daxil etsək, deyə bilərəm ki, bu il zəlzələ üçün 1 trilyon lirəyə yaxın resurs xərclənəcək.” – deyə Yılmaz bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə