Kadırov yenə də "Ukraynanı bitirməyin" vaxtı çatdığını deyir...

Kadırov bildirib ki, hər hansı danışıqlardan söhbət gedə bilməz və Ukraynanı “bitirmək lazımdır”
Kadırov yenə də "Ukraynanı bitirməyin" vaxtı çatdığını deyir...

…Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi fonunda Rusiya Federasiyası sülh danışıqları aparmağa hazırlaşmır, çünki bu danışıqlara ehtiyac yoxdur və Ukraynanı “bitirmək” lazımdır.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, belə bir bəyanatla Çeçenistan rəhbəri Ramzan Kadırov bildirib ki, “Rusiya bütün cəbhələrdə qalib gəlir” və buna görə də guya heç bir danışıqlardan söhbət gedə bilməz.

“...Ukrayna ilə danışıqlar aparmağı təklif edən digər dövlətlərlə qətiyyən, 100 faiz razı deyiləm. Bu gün bu Rusiya üçün də sərfəli deyil. Ukrayna hər gün mövqelərini itirir... Onda nəyə görə danışıqlar aparılmalıdır? Hər şeyi sona çatdırmaq lazımdır”

Necə deyərlər, “həmin dalğa, həmin kordinat”, yəni bunu da Ramzan bəyan edib.

Qeyd edək ki, Rusiyanın Ukraynaya təcavüzünün ilk günlərindən Kadırov onlarla videonu lentə alıb şəbəkəyə yükləyib və orada guya onun dəstəsinin Kiyev yaxınlığında dayandığını və hər an Ukraynanın paytaxtına soxulmağa hazır olduğunu, orada xüsusi qəddarlıqla ukraynalıları öldürəcəklərini bildirib.

Amma nə rus qoşunları, nə də kadırovçular Kiyevə girə bilmədilər.

Təsadüfi deyil ki, bu gün Kadırovun dəstəsini artıq “Tiktok qoşunları” ayamını özünə qazandırıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə