Türkmənistanda spirtli içkilər ən "xodovoy" mallardan biri olaraq qalır
Türkmənistan spirtli içkilərin istehsalı və idxalı üçün aksiz dərəcələrini qaldırdıqdan sonra ölkə piştaxtalarında idxal olunan daha bahalı şərab və araq məhsullarının sayı azalıb. Buna baxmayaraq, iqtisadi çətinliklər fonunda alkoqol ən populyar mallardan biri olaraq qalır. Amma qiymət fərqinə görə, türkmənlər keyfiyyətsiz olsa da, daha çox yerli istehsal olan spirtli içkilərə üstünlük verirlər.
SİA-nın əldə etdiyi məlumata görə, ötən ilin noyabrında “Türkmənistanın Vergi Məcəlləsi”nə dəyişikliklər edilib, ona əsasən Türkmənistana idxal olunan alkoqollu məhsulların aksiz dərəcələri 53 faizdən 61 faizə qaldırılıb.
Türkmənabadda indi əsasən yerli istehsal olan araq satılır. İdxal edilən içkilər arasında yalnız Rusiya və Belarus istehsalı olan spirtli içkilər var. Xaricdən gətirilən yarım litrlik arağın bir şüşəsi 100-120 manatdır.
Qeyd edək ki, türkmənlərin çoxunun onu almağa imkanı yoxdur. Ona görə də insanlar yerli istehsal olan arağı alırlar. Onu da qeyd edək ki, yerli arağlar 30 manata satılır.
Yeri gəlmişkən, yerli istehsal olunan araqların butulkaları və adları fərqli olsa da, amma dadı eynidir. Yəni bizlərdə deyildiyi kimi, hamısı bir çəlləkdən doldurulur. Bu arağın dadı çox acı və iylidir. Yeməkdən əvvəl 100 qram içsəniz, iki saatdan sonra şiddətli baş ağrısı başlayır. Duman qoxusu uzun müddət, hətta sabaha qədər qalır. Mütəxəssislər bunun yerli araqda istifadə olunan keyfiyyətsiz spirtlə bağlı olduğunu deyirlər.
Türkmənistan hökuməti spirtli içkilərin idxalı və ixracı, habelə onların ölkə vətəndaşları tərəfindən istehlak həcmi ilə bağlı məlumatları açıqlamır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB