Ukraynanın əks-hücumu niyə ləng gedir?

Qərb Ukraynaya 100-dən az tank verdiyi halda, Rusiya ayda 50 müasir tank istehsal edir
Ukraynanın əks-hücumu niyə ləng gedir?

Qərb ölkələri Ukraynaya 100-dən az müasir tank və ümumiyyətlə az sayda silah təhvil veriblər ki, bu da Ukraynanın əks-hücumunun həddən artıq ləng olmasının səbəblərindən biri olub.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Almaniyanın “Bild” nəşri yazıb.

“...Ukrayna və onun tərəfdaşları həddən artıq optimist idilər, mən də etiraf etməliyəm. Böyük mina sahələrini keçmək və Rusiyanın hava üstünlüyü bunu çox çətinləşdirir. Ukraynanın əks-hücumları irəliləyir, lakin çox ləng”.

Bunu Almaniya Müdafiə Nazirliyinin əməliyyat qərargahının keçmiş rəhbəri, hərbi ekspert Niko Lanqe bildirib.

Qərbin Ukrayna ordusuna dediyindən az tank verdiyini bir daha xatırladan Lanqe, Rusiya silah sənayesinin tam gücü ilə işlədiyini də etiraf edib.

Onun dediyinə görə, bu gün rusların Ukraynada 1000-dən çox tankı var və bundan əlavə onlar hər ay da cəbhəyə 50 tank göndərirlər.

Maraqlıdır ki, alman mütəxxəsis bir məsələni də etiraf edib. Belə ki, onun dediynə görə, “...biz zirehli transportyor və tankları Ukraynaya göndərmək üzərində uzun müddət düşünərkən, ruslar nəhəng mina sahələrini və müdafiə mövqelərini təchiz etməyə vaxtı tapdılar”.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə