Özbək də “küyə düşüb” hərbi komissarlığı yandırmaq istəyirmiş?

Özbək də “küyə düşüb” hərbi komissarlığı yandırmaq istəyirmiş?

...Sankt-Peterburq məhkəməsi Özbəkistan vətəndaşı Davronbek Yuldoşevi mütəşəkkil dəstə tərəfindən terror aktına cəhdlə bağlı cinayət işi üzrə oktyabrın 9-dək həbs edib. O, hərbi komissarlığın yaxınlığında “əlindəki” benzin şüşəsi ilə saxlanılıb.

SİA rusların istintaq məlumatına istinadən xəbər verir ki, Yuldoşev avqustun 11-nə keçən gecə Bolşaya Monetnaya küçəsində yerləşən hərbi komissarlığı yandırmaq istəyərkən saxlanılıb. Qeyd edək ki, Yuldoşev gecənin bu vaxtında hərbi komissarlıqda nə işlə məşğul olduğunu izah edə bilməyib. Özbəkistan vətəndaşına qarşı miqrasiya qanunvericiliyinin pozulması ilə bağlı protokol tərtib edilib.

Bundan sonra Yuldoşev barəsində cinayət işi başlanıb. Onu da qeyd edək ki, ona qarşı hələlik heç bir ittiham irəli sürülməyib.

...Müdafiə tərəfi daha yumşaq həbs qətimkan tədbirinin seçilməsində israr edib.

Yeri gəlmişkən, son həftələr ərzində Rusiyada hərbi komissarlıqların yandırılmasına azı 30 cəhd edilib. Əksər hallarda bunu yaşı 50-dən yuxarı olan şəxslər edib, onlar saxlanarkən telefon fırıldaqçıları tərəfindən bunu etməyə məcbur olduqlarını bildiriblər.

“Vestka”nın məlumatına görə, son zamanlar daha çox qadınlar hərbi komissarlıqları yandırmağa çalışırlar.

Xatırladaq ki, iyulun 31-dən bəri Sankt-Peterburq və Leninqrad vilayətində hərbi komissarlığın yandırılmasına azı dörd cəhd edilib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə