Avqustun 12-də səhər saatlarında Kabardin-Balkarın Çerek bölgəsində, Dıxtau dağının ətəyindəki “Bezengi” alpinist düşərgəsi ərazisində qaya uçması baş verib.
SİA-nın əldə etdiyi məlumata görə, hazırda bir nəfər turistin öldüyü barədə xəbər verilib.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, iki qrup 3,5 min metr hündürlükdə qaya uçqunu altına düşüb: onlardan birində altı nəfər, digər üç nəfərdə olub. Rəsmi məlumata görə, azı beş nəfər yaralanıb, üç turist artıq vertolyotla Nalçikə aparılıb. Xilasedicilərin yayımladığı videoya əsasən, təxliyə edilən iki nəfər başından xəsarət alıb.
Başqa bir versiyaya görə, 9 nəfərdən səkkizi yaralanıb, Qalan turistlər də helikopterlə götürüləcək.
“Sapa” teleqram kanalının məlumatına görə, Nikita adlı şəxs qaya uçqunu altında ölüb. Bunu mərhumun Sankt-Peterburqdan gəldiyini, 34 yaşında olduğunu deyən “Mash” mənbələri də təsdiqləyib.
Qeyd edək ki, baş verənlərlə bağlı səlahiyyətlilər heç bir məlumat açıqlamırlar.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB