Çindә daşqınlar nәticәsindә 29 nәfәr hәyatını itirib

Çindә daşqınlar nәticәsindә 29 nәfәr hәyatını itirib

Çinin şimalındakı Hibey əyalətində ötən həftə baş verən daşqınlar nəticəsində 29 nəfərin həyatını itirdiyi bildirilib.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, yerli mətbuat orqanlarının yaydığı məlumata əsasən, daşqınlar nəticəsində 40 min ev dağılıb, 150 mindən çox evin elektrik və rabitə infrastrukturuna ciddi ziyan dəyib.

Əyalət rəsmiləri 3,9 milyon insanın zərər gördüyü daşqınlar nəticəsində 29 nəfərin həyatını itirdiyini, 16 nəfərin isə itkin düşdüyünü açıqlayıb.

Daşqınların vurduğu maddi ziyanın 95,8 milyard yuan (13,4 milyard dollar) olduğu, zərər dəymiş ərazilərdə bərpa işlərinin isə təxminən 2 il davam edəcəyi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə