Ukrayna İsraili “Ramştayn” görüşlərindən kənarlaşdırmaq istəyir

Ukrayna İsraili “Ramştayn” görüşlərindən kənarlaşdırmaq istəyir

Bu arada Ukrayna İsraili “Ramştayn” Müdafiə Qrupundan çıxarmağı düşünür. Bu barədə “Kyiv Post” yazır. SİA-nın əldə etdiyi məlumata görə, “Ramştayn” təmas qrupuna NATO-nun 30 ölkəsinin və digər 24 ölkənin nümayəndələri daxildir. Onların hamısı Kiyevə hərbi yardım məsələləri ilə məşğuldurlar.

Qeyd edək ki, “Kyiv Post” nəşri Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasındakı mənbələrə istinadən , İsrailin Ukraynaya hərbi yardım etmədiyini bildirib.

Nəşrin həmsöhbətlərinin fikrincə, “Ramştayn” formatında keçirilən görüşlərdə müzakirə olunan məlumatlardan Rusiyaya məlumatların ötürülməsinə qədər İsrailin öz dar maraqları çərçivəsində istifadə etməsi ehtimalı var.

Yeri gəlmişkən, bundan başqa, Kiyev iki ölkə arasında vizasız rejimin ləğvi imkanını da nəzərdən keçirir.

Maraqlıdır ki, Ukraynanın Xarici İşlər Nazirliyi bu təşəbbüslə bağlı məlumatı olmadığını bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə