Tacikistanda benzin və maye qazın qiyməti qalxıb

Tacikistanda benzin və maye qazın qiyməti qalxıb

Tacikistanda son bir neçə gündə yanacaq-sürtkü materiallarının, xüsusən də benzin və maye qazın pərakəndə satış qiymətləri xeyli artıb. Düşənbə və Xücənd yanacaqdoldurma məntəqələrindəki elektron displeylərə əsasən, avqustun 10-da maye qazın bir litrinin qiyməti 4,80 somoni müəyyən edilib. Sürücülər deyirlər ki, cəmi bir həftə əvvəl bu növ yanacağın litri 4 somonidən də aşağı idi.

SİA-nın əldə etdiyi məlumata görə, son günlər benzinin qiymətində artım müşahidə olunur. Avqustun əvvəlində yanacaqdoldurma məntəqələrində Aİ-92 markalı benzinin bir litri 9,20 somoni idisə, hazırda litri 9,80-ə satılır. Aİ-95 markalı benzinin bir litrinin qiyməti 10 somoni keçib.

Hələlik yanacaq-sürtkü materiallarının bahalaşmasının səbəbləri ilə bağlı rəsmi məlumat yoxdur. Tacikistan bazarlarında qiymətlərlə bağlı vəziyyəti izləyən BMT-nin Ümumdünya Ərzaq Proqramının yeni hesabatına görə, ötən həftə benzin və maye qaz da daxil olmaqla yanacaq və sürtkü yağlarının orta qiyməti 12 faiz artıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə