Amerika Birlәşmiş Ştatları Rusiyanın 4 tanınmış maliyyə elitasını və bir biznes dәrnәyini sanksiyalar siyahısına əlavə edib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barәdә ABŞ Maliyyə Nazirliyi bәyanat yayıb.
Bәyanatda Xarici Aktivlərə Nəzarət Ofisinin (OFAC) hədəf aldığı 4 nəfərin Rusiyanın ən böyük maliyyə və investisiya qurumlarından biri olan Alfa Group Konsorsiumunun müşahidə şurasında vəzifə yerinə yetirdiyi bildirilib.
Mәlumatda sözügedən şəxslərə daha əvvəl Avstraliya, Kanada, Avropa İttifaqı, Yeni Zelandiya və Böyük Britaniya tərəfindən sanksiya tətbiq edildiyi qeyd olunub.
Xarici Aktivlərə Nəzarət Ofisinin Rusiyanın sanksiyalara müdaxiləsində iştirak edən bir iş birliyini də hədəf aldığı qeyd edilib və sözügedən dərnəyin texnologiya müstəqilliyi və texnologiyanın inkişafına dəstək verən bir neçə koordinasiya şurasına sahib olduğu bildirilib.
Bәyanatda hәmçinin sanksiyaya məruz qalan Rusiya elitalarının Petr Oleqoviç Aven, Mixail Maratoviç Fridman, German Borisoviç Xan və Aleksey Viktoroviç Kuzmiçev olduğu göstərilib.
Amerika Birləşmiş Ştatlarının maliyyə nazirinin köməkçisi Uolli Adeyemo mövzu ilə bağlı verdiyi bəyanatda deyib:
“Ukraynanın haqsız və əsassız işğalına yol verənləri məsuliyyətə cəlb etməyə davam edəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB