Norveçdә daşqınlar nәticәsindә 3600 nәfәr tәxliyә olunub

Norveçdә günlərdir davam edən leysan yağışları ölkənin cənub-şərqindəki çay və göllərin öz məcrasından çıxmasına səbəb olduğu bildirilib.
Norveçdә daşqınlar nәticәsindә 3600 nәfәr tәxliyә olunub

Norveçdә günlərdir davam edən leysan yağışları ölkənin cənub-şərqindəki çay və göllərin öz məcrasından çıxmasına səbəb olduğu bildirilib. Bu səbəbdən daha çox insanın bölgədən təxliyə oluna biləcəyi qeyd olunub.

SİA-nın əldə etdiyi məlumata görə, "Hans" fırtınası və leysan yağışları səbəbindən baş verən torpaq sürüşməsi və daşqın kimi tәbii fәlakәtlәrin yaşandığı Norveçdə çay və göllərdə suyun səviyyəsi qalxmağa davam edir.

Səlahiyyətlilər Beqna çayındakı suyun səviyyəsinin qalxması nəticəsində bölgədən daha çox insanın təxliyə ediləcəyini açıqlayıb.

İndiyədək bölgədən təxminən 3600 nəfərin təxliyə edildiyi bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə