Belqorod vilayəti yenidən Ukraynanın hücumuna məruz qalıb. Bölgə rəhbəri Vyaçeslav Qladkovun Teleqramda verdiyi məlumata görə, Belqorod vilayətinin Juravlevka kəndində pilotsuz uçan aparatdan qumbara atılıb.
Bundan əlavə, Krasnoyaruzski rayonunda, Demidovka kəndinin kənarında pilotsuz uçan aparatdan 1 ədəd naməlum partlayıcı qurğu atılıb.
Və Belqorod şəhərinə yaxınlığında bir düşmən pilotsuz təyyarəsi hava hücumundan müdafiə sistemi tərəfindən vurulub.
Bölgə minaatanlardan da atəşinə məruz qalıb - Şebekinski şəhər dairəsində Pankov fermasına üç minaatan mərmisi, Terezovka kəndinə isə iki artilleriya mərmisi atılıb.
Batratskaya kəndi yaxınlığında düşmənin pilotsuz uçan aparatı vurulub.
SİA-nın əldə etdiyi məlumata görə, qubernator xəsarət alanın olmadığını deyib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB