Qazaxıstan Rusiyadan taxıl idxalına qoyulan qadağanın uzadır

Qazaxıstan Rusiyadan taxıl idxalına qoyulan qadağanın uzadır

Qazaxıstan Rusiyadan qaçaqmalçılıq yolu ilə gətirilən taxılın ölkəyə daxil olmasının qarşısını almaq üçün qurudan taxıl idxalına qoyulan qadağanın daha 6 ay müddətinə uzadılmasına qərar verib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Ticarət və İnteqrasiya Nazirliyi mәlumat yayıb.

Rusiyadan qaçaqmalçılıq yolu ilə gətirilən taxılın ölkəyə girişinin qarşısının alınması üçün alınan qərar çərçivəsində bu dəfə təkcə qurudan deyil, dəmir yolu ilə də edilən taxıl idxalına qadağa qoyulacaq.

Qazaxıstan mətbuat orqanlarının yaydığı xəbərlərdə qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən Rusiya taxılının üçüncü ölkələrə, xüsusilə Özbəkistan, Əfqanıstan və Tacikistana ucuz satıldığı bildirilirdi. Bu vəziyyətin Rusiya kimi taxıl ixracatçısı olan Qazaxıstanda daxili istehsala və daxili bazara mənfi təsir göstərәrәk iqtisadiyyata ziyan vurduğu qeyd edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə