Rusiyanın İvanovo şəhərində mənzillərin birində iki meyit tapılıb. Daxili İşlər Nazirliyinin rayon üzrə yaydığı məlumata görə, meyitlər iki qadına - 1938 və 1979-cu il təvəllüdlü ana və onun qızına məxsusdur.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, nazirlik qadınların boyun nahiyəsində bıçaq xəsarətləri aşkar edildiyinə aydınlıq gətirir.
Bu arada Yaroslavl vilayətinin 44 yaşlı sakininin isti izlərlə saxlanıldığı bildirilir. İstintaqın məlumatına görə, o, 43 yaşlı İvanovolu qadınla internetdə tanış olub və onun evinə gəlib. Ötən gecə isə orada qətl törədib.
Qətl faktı ilə bağlı cinayət işi açılıb.
Şübhəli şəxs İstintaq Komitəsinin mütəxəssislərinə təhvil verilib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB