Kiyevi çox çətin siyasi mövsüm gözləyir...

Kiyevi çox çətin siyasi mövsüm gözləyir...

...Getdikcə daha çox ölkə Kiyevi Moskva ilə danışıqlara çağırır.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Dmitri Kuleba artan təzyiqlər barədə deyib.

“Çox çətin siyasi mövsüm olacaq, hamını xəbərdar edirəm. Danışıqlarla bağlı bu səslər getdikcə ucalır”, - Kuleba bildirib. Qeyd edək ki, o, bu səslərin sönməsi üçün beynəlxalq hüquq və cinayət hüququ çərçivəsində hər şeyi edəcəyinə söz verib.

Kuleba, Ukraynanın bütün cəbhələrdə mütləq qalib gələcəyinə əminlik bidirsə də lakin çətin payız olacağını da etiraf edib.

O, həmçinin qeyd edib ki, Kiyevin beynəlxalq sammitlərdə təkcə Avropa və Şimali Amerikadan gələn ənənəvi dostlar deyil, həm də bütün dünyanın geniş iştirakı lazımdır.

Xatırladaq ki, bundan əvvəl Moskva dəfələrlə yeni reallıqları nəzərə alaraq danışıqlara hazır olduğunu bildirsə də, Kiyev sülhün yalnız Ukrayna şərtləri ilə bərqərar oluna biləcəyi şərtini qoyaraq qanunvericilik səviyyəsində danışıqlara qadağa qoyub.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə