Havayda, Maui adasındakı yanğın ştat tarixində ən ölümcül təbii fəlakət kimi tarixə düşə bilər. Qeyd edək ki, yanğınla bağlı ölənlərin sayı 67-yə çatdığı deyilir. Amma əslində bu rəqəm də real olmaya bilər.
Qeyd edək ki, hazırkı yanğın qurbanlarının sayı 1960-cı ildə - Havay adalarının ABŞ-a daxil olmasından bir il sonra sunami nəticəsində ölənlərin sayından çoxdur.
Qeyd edək ki, o vaxt 61 nəfərin öldüyü deyilirdi. Onu da qeyd edək ki, Mauidə insanlarla yanaşı, heyvanlar da yanğın və tüstüdən ölüb. Təəssüfləndirici haldır ki, adada ən qədim 150 yaşlı banyan ağacı da yanıb.
Havay krallığının keçmiş paytaxtı, yanğın nəticəsində demək olar ki, tamamilə məhv olub.
Yeri gəlmişkən Maui Humanitar Cəmiyyəti elə bu gün də kömək istəyir. Cəmiyyət “Facebook”da "Maui Fires Pets Help Group" yardım qrupu yaradıb.
Xatırladaq ki, Mauidə bəlkə də heç yerdə olmayan nadir bitkilər də məhv olub gedib.
Alimlər hələlik itkilərin miqyasını dəqiq qiymətləndirə bilmirlər, lakin deyirlər ki, bəzilərinin bərpası illər çəkəcək, bəzilərinin isə bərpası olmayacaq.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB