Nigerdəki çevrilişdə “Vaqner”in "barmağı" yoxdur...

Nigerdəki çevrilişdə “Vaqner”in "barmağı" yoxdur...

“Vaqner” özəl hərbi şirkəti Nigerdəki çevrilişdə iştirak etməyib. Bunu Qərbi Afrika Ölkələri İqtisadi Birliyinin (ECOWAS) komissarı Abdel-Fatau Musah deyib.

“Vaqner qrupu Nigerdəki çevrilişdə iştirak etmir, lakin baş verənlərdən faydalana bilər”.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu da Abdel-Fatau Musahın etirafıdır.

O, əlavə edib ki, ECOWAS “Qərbi Afrikanın bir daha “proxy müharibə” (bu xeyirxah və onun qəyyum arasında münasibətlərin tərkib hissəsi kimi başa düşülür-A.B.) arenasına çevrilməsinə” icazə verməyəcək.

Xatırladaq ki, Niger artıq iyulun sonundan bəri üsyançıların nəzarətindədir. “Associated Press”-in məlumatına görə, üsyançılar guya “Vaqner” PMC-yə müraciət ediblər.

Qeyd edək ki, Qərb ölkələri hərbçiləri ölkə prezidentini azad edib hakimiyyətə qaytarmağa çağırırlar.

Bu arada ECOWAS-a üzv ölkələrin qərargah rəisləri və yüksək rütbəli hərbçiləri öz fövqəladə iclaslarında Nigerə hərbi müdaxilə olacağı təqdirdə plan hazırladıqları barədə məlumat yayıblar.

Onu da xatırladaq ki, bir müddət bundan əvvəl SİA-nın da xəbər verdiyi kimi, Nigerdəki üsyançılar hərbi müdaxilə olacağı təqdirdə prezidenti öldürəcəklərini bildiriblər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə