Prezidentliyə namizədin qətlində şübhəli bilinən 6 nəfər həbs edilib

Prezidentliyə namizədin qətlində şübhəli bilinən 6 nəfər həbs edilib

Ekvadorda məhkəmə prezidentliyə namizəd Fernando Villavisensionun qətlində şübhəli bilinən 6 nəfəri həbs edib.

Ekvadorda avqustun 20-də keçirilməsi planlaşdırılan prezident seçkilərindən əvvəl "korrupsiyaya qarşı mövqeyi" ilə tanınan prezidentliyə namizəd Villavisensio avqustun 9-da silahlı hücum nəticəsində dünyasını dəyişmişdi.

SİA-nın əldə etdiyi məlumata görə, onun ölümündәn sonra saxlanılan 6 nәfәrin Kolumbiya vәtәndaşı olduğu bildirilib. Associated Press (AP) agentliyinin yaydığı xəbərə əsasən, şübhəlilər paytaxt Kitodakı bir evdə saxlanılıb.

Məlumatda bildirilir ki, əməliyyat zamanı bir avtomobil, bir motosiklet, həmçinin silah və əl qumbarası ələ keçirilib.

Ekvadorun daxili işlər naziri Xuan Zapata hücumu “siyasi cinayət'' adlandırıb.

Polisin yaydığı hesabatda saxlanılanların terror təşkilatına mənsub olub-olmadığı ilə bağlı məlumat verilməsə də, Zapata şübhəlilərin mütəşəkkil cinayət törətdiklərini bildirib.

Seçki kampaniyası qrupu, Villavicencionun Kitoda iştirak etdiyi bir tədbirdən sonra maşınına minərkən başından güllələndiyini açıqlayıb.

Seçki kampaniyası qrupu, Villavicencionun Kitoda iştirak etdiyi tədbirdən sonra maşınına minərkən bir təcavüzkar tərəfindən başından güllələndiyini açıqlayıb.

Ekvadorun baş prokuroru bildirib ki, şübhəli şəxs təhlükəsizlik qüvvələri ilə atışma zamanı güllələnib və aldığı ağır xəsarətlər səbəbindən ölüb.

Hücum nəticəsində bir deputat namizədi və 2-si polis olmaqla 9 nəfərin yaralandığı da qeyd edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə