Ermənistanda gün ərzində 2 hərbçi güllə yarasından ölüb

Ermənistanda gün ərzində 2 hərbçi güllə yarasından ölüb

Ermənistan ordusunda bir gündə ikinci erməni əsgər ölüb. SİA xəbər verir ki, bu barədə Ermənistan MN məlumat yayıb.

Bildirilib ki, avqustun 11-də Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu Qranik Vardanoviç Xnkoyan naməlum şəraitdə aldığı güllə yarasından ölüb. Fakt araşdırılır.

Qeyd edək ki, ötən gün başqa bir hərbi hissəsinin hərbi qulluqçusu - Jora Karapetyan da qeyri-müəyyən şəraitdə ölümcül güllə yarası alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə