Ağ Evin Ukraynadakı münaqişə ilə bağlı proqnozu

Ağ Evin Ukraynadakı münaqişə ilə bağlı proqnozu

...Ukraynadakı münaqişə 2024-cü ildə də həll olunmamış qala bilər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

Hazırda Ukraynadakı döyüşlərin hələ də davam etdiyinə diqqət çəkən Kirbi, bunun gələn ilin birinci rübü də daxil olmaqla payıza doğru irəliləyəcəyini ehtimal edir.

Onun sözlərinə görə, ABŞ administrasiyası bu vəziyyətlə əlaqədar Ukraynaya yardım üçün vəsaitin ayrılması ilə bağlı növbəti sorğularla ABŞ Konqresinə müraciət etməyə hazırdır.

Xatırladaq ki, bundan əvvəl ABŞ prezidenti Cozef Baydenin Ukraynaya dəstək üçün Konqresdən təxminən 13 milyard dollar istəməyi qərara aldığı bildirilirdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə