Rusiya ordusundan bunlar üçün də möhlət yaşı 30-a qaldırılır

Rusiya ordusundan bunlar üçün də möhlət yaşı 30-a qaldırılır

Rusiyanın Rəqəmsal İnkişaf Nazirliyi çağırış yaşının artması fonunda akkreditə olunmuş informasiya texnologiyaları şirkətlərinin əməkdaşları üçün orduda hərbi xidmətdən möhlət yaşının 30 yaşa qədər artırılmasını təklif edir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə idarənin rəisi Maksut Şadayev məlumat verib.

O xatırladıb ki, hazırda möhlət 18-27 yaş arası informasiya texnologiyaları mütəxəssislərinə verilir. Aydınlaşdırılır ki, qanuna bu cür düzəlişlər yalnız yanvarın 1-dən qüvvəyə mindiyi üçün nazirlik gələn il hərbi xidmətə yazlıq çağırış başlamazdan əvvəl Rusiya prezidenti Vladimir Putinin fərmanına müvafiq dəyişikliklər etməyi planlaşdırır.

Xatırladaq ki, Avqustun 4-də Putin hərbi xidmətə çağırış yaşının yuxarı həddinin 30 yaşa qədər artırılması haqqında qanun imzalayıb. Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minəcək.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə