Ukraynada müharibədə iştirak etmiş kollec və universitetlərin tələbələri fakültələrində büdcə yerləri olmasa belə, büdcə təhsili formasına keçə biləcəklər. Vakansiyaların yenidən bölüşdürülməsi ilə bağlı qərar Rusiya hökuməti tərəfindən qəbul edilib. Döyüşənlər üçün əlavə büdcə yerləri daha az populyar olan fakültələrdə pulsuz yerlər hesabına təmin ediləcək.
“Tələbə-iqtisadçı tarix və ya hər hansı digər fakültədə mövcud olan büdcə yeri hesabına pulsuz təhsilə keçə biləcək”.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib.
Xatırladaq ki, bu ilin iyununda Rusiya prezidenti Vladimir Putin “Təhsil haqqında” qanuna dəyişiklik edib. Beləliklə, qanuna görə, kollec və universitetlərə qəbulda Ukraynaya təcavüz iştirakçılarına və onların övladlarına üstünlük verilir, ölən və yaralananların övladları isə istənilən universitetə imtahansız gedə bilərlər. Onlar üçün ayrıca kvotalar ayrılır.
Verilən məlumatlara görə, artıq ən azı 833 abituriyent, valideynləri Ukraynada döyüşdüyü üçün nüfuzlu universitetlərə büdcəyə daxil olub. İmtahanlar olmadan ən azı 203 abituriyent qəbul olunub. Qeyd edək ki, ən çox Sankt-Peterburq və Moskva Dövlət Universitetinə qəbul olunublar.
Daha 429 nəfər keçid balından aşağı nəticə göstərərək büdcə təhsilinə keçib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB