...Gürcüstanın hakim partiyası Şovi dağ kurortunda baş vermiş faciənin səbəblərini araşdırmaq üçün parlament komissiyasının yaradılmasını dəstəkləməyəcəyini bəyan edib.
SİA-nın əldə etdiyi məlumata görə, bunu "Novosti-Georgia" xəbər verir.
Beləliklə, “Gürcü Arzusu” partiyasının deputatı Givi Mikanadze tələbin yersiz olduğunu deyib və müxalifəti fəlakət fonunda siyasi xal qazanmağa çalışmaqda ittiham edib.
Qeyd edək ki, komissiyanın yaradılması təşəbbüsü “Vahid Milli Hərəkat”, “Gürcüstan Naminə Lelo” partiyası və “Xalq Naminə” partiyasının lideri Anna Dolidzedən gəlib.
Onlar hesab edirlər ki, komissiya fövqəladə vəziyyətdə hakimiyyətin nə dərəcədə effektiv və tez hərəkət etdiyini öyrənməli və Gürcüstanda niyə hələ də təbii fəlakətlər barədə monitorinq və xəbərdarlıq sistemi yoxdur sualına cavab verməlidirlər.
Xatırladaq ki, sürüşmə avqustun 3-də yüksək dağlıq kurort Şovi kəndində baş verib. Həmin vaxt orada 300-ə qədər insan olub. Xilasetmə əməliyyatı 3 saat sonra başlayıb, 210 nəfər helikopterlərlə təxliyə edilib. 22 nəfərin ölümü təsdiqlənib, daha 10 nəfərin axtarışları davam edir. Ölən və itkin düşənlərin çoxu uşaqlardır.
Ekologiya Nazirliyi sürüşmənin gözlənilməz olması ilə bağlı hesabat yayıb. Daxili İşlər Nazirliyi isə təbii fəlakətlə mübarizədə heç bir səhv etmədiyini bildirir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB