Daha bir rus zabiti Litvaya qaçıb...

Daha bir rus zabiti Litvaya qaçıb...

Daha bir rus zabiti Litvaya qaçaraq oradan siyasi sığınacaq istəyib. BBC Rus Xidmətinin məlumatına görə, onun adı İvan Korolevdir, artilleriya qoşunlarının leytenantıdır. Korolev deyib ki, o, dövlətin açdığı qanlı müharibədə iştirak etmək istəmədiyi üçün Rusiyanı tərk edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, leytenant BBC müxbirinə, Ukraynada döyüşmədiyini, xidmət etdiyi hissənin rus qoşunlarını sursatla təmin etməklə məşğul olduğunu deyib.

Qeyd edək ki, rusiyalı hərbçi Litva ilə sərhədi qanunsuz keçib və avqustun 10-da Vilnüsdəki avtovağzalda sərhədçilər tərəfindən saxlanılıb.

Avqustun 11-də o, miqrasiya mərkəzinə göndərilib və sığınacaq ərizəsinə baxılanadək orada qalacaq.

Xatırladaq ki, iyun ayında rus döyüş aviasiyasının pilotu Dmitri Mişov analoji şəkildə Litvaya qaçmışdı.

O, Ukrayna müharibəsində iştiraka razı olmadığını bildirib və sənədlərinə baxıldıqdan sonra ona Litvada yaşamağa icazə verilib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə