"Danışıqların heç bir mənası yoxdur"

"Danışıqların heç bir mənası yoxdur"

Bu arada Çeçenistan rəhbəri Ramzan Kadırov Ukraynadakı vəziyyətlə bağlı danışıqlar mövzusuna münasibət bildirib.

Onun sözlərinə görə, müxtəlif ölkələrin “ən təşəbbüskar” nümayəndələri “münaqişənin sülh yolu ilə həlli üçün konkret plan təklif edirlər”.

Kadırovun fikrincə indi "danışıqların heç bir mənası yoxdur".

Xatırladaq ki, Rusiya Federasiyası və Ukrayna nümayəndələri arasında danışıqlar 2022-ci ilin mayında Kiyevin təşəbbüsü ilə dayandırılıb.

Çeçenistan rəhbəri özünün Telegram kanalında izah edib ki, Rusiya bütün cəbhələrdə - “həm döyüş meydanında, həm də beynəlxalq siyasi arenada” qalib gəlir.

Ramzana görə, hazırda onlar gözlənilmədən iqtisadi çöküşün astanasında qaldılar. Bu arada Rusiya istehsalın sürətini artırıb və daxili bazarı əhəmiyyətli dərəcədə zənginləşdirib.

Sanksiyalar isə, yenə də Kadırova görə, Rusiyada heç bir gözlənilən dağıdıcı reaksiyaya səbəb olmayıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə