Rusların Karpat bölgəsini atəşə tutması uşaq ölümünə səbəb olub

Rusların Karpat bölgəsini atəşə tutması uşaq ölümünə səbəb olub

Rusiya qoşunları cümə günü Ukraynanın qərbindəki İvano-Frankivsk bölgəsinə “Kinjal” raket zərbələri endirib. Hədəf guya... hərbi aerodrom olub. Amma raketlərdən biri yaşayış binasına düşüb və səkkiz yaşlı uşaq ölüb, yaralılar var.

Ukrayna Hərbi Hava Qüvvələri komandanlığının nümayəndəsi Yuri İqnatın sözlərinə görə, aerodromda F-16-lar da daxil olmaqla Qərb qırıcılarını idarə etməyi öyrənmək üçün tezliklə tərk etməli olan pilotlar da olub.

SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, dörd “Kinjal”dan biri Kiyev üzərində hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub. Onun parçaları Obolonski rayonundakı xəstəxananın ərazisinə düşüb. Kiyev meri Vitali Kliçkonun sözlərinə görə, itki yoxdur.

İvano-Frankivsk vilayətinin Kolomiya rayonundakı şəxsi yaşayış binasına raket düşdüyünü vilayətin hərbi administrasiyasının rəhbəri Svetlana Onişçuk bildirib. Belə ki, həyətdə olan səkkiz yaşlı uşaq qəlpələrdən ağır xəsarətlər alaraq xəstəxanada ölüb.

Digər zərərçəkənlərin təfərrüatları dəqiqləşdirilir.

Rusiya Müdafiə Nazirliyi isə hələ də yaşayış binalarına atəş açmadıqlarını deyir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə