Rusiyada vətəndaş müharibəsi başlaya bilər..?

Rusiyada vətəndaş müharibəsi başlaya bilər..?

...Rusiya elitası hələ ki, Vladimir Putini devirməyə cəhd etmir, amma Ukraynaya qarşı müharibədə uduzduqdan sonra Rusiyada vətəndaş müharibəsi başlaya bilər.

SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bu fikirləri Prezident Aparatının rəhbərinin müşaviri Mixail Podolyak deyib.

Podolyak deyir ki, rus əsgərləri vətənə qayıdanda onlarda qane olmayan qətl ehtirası, elita tərəfindən aldadıldıqları hissi və onları Ukraynaya göndərənlərə nifrət hissi yaranacaq.

Müşavirin fikrincə, belə bir ssenaridə Putin Rusiyada daxili vəziyyəti saxlaya bilməyəcək. Ona görə də elitalar Rusiya siyasi rejiminin transformasiyası və Rusiya ilə normal münasibətlərin bərpası prosesinə başlamaq üçün mümkün qədər tez hakimiyyəti ələ keçirməlidirlər.

...Vladimir Putin Rusiya lideri kimi Rusiya tarixini “sıfırladığına” görə, o, rus tarixində elə də yaxşı xatırlanmayacaq.

Bu da Podolyakın fikridir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə