…Saratovda 400 kvadratmetr sahədə etil spirti olan anbar yanır.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti yayıb.
Xilasedicilərin hazırda hadisə yerində işlədiyi deyilir. Yanğının söndürülməsinə 43 nəfər və 11 ədəd xüsusi texnika cəlb olunub. Yanğının səbəbi barədə hələlik məlumat verilmir.
...Yanğınsöndürənlər gələnə qədər bir nəfər yanıq xəsarətləri ilə artıq xəstəxanaya yerləşdirilib. Daxil olan aşqa məlumatlar isə hələ ki, dəqiqləşdirilir”.
Bu Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatında deyilir.
Yeri gəlmişkən, ötən gün Rusiya paytaxtındakı mənzillərdən birində elektrik skuteri necə alovlanıbsa, nəticədə 3 uşaq xəsarət alıb.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB