Suriyanın şimalında hücuma hazırlaşan separatçı terror təşkilatı PKK/YPG-nin 12 üzvü zərərsizləşdirilib.
SİA türk mənbələrinə istinadən xəbər verir ki, Milli Müdafiə Nazirliyindən verilən açıqlamada deyilir: "Qəhrəman hərbçilərimiz PKK/YPG terrorçularına ağır zərbələr endirməyə davam edir. Suriyanın şimalında hücum törətməyə hazırlaşan 12 terrorçu uğurlu əməliyyat nəticəsində zərərsizləşdirilib. Beləliklə, dünən və bu gün Şimali İraq və Suriyada ümumilikdə 21 terrorçu zərərsizləşdirilib”.
Nazirlikdən daha əvvəl verilən açıqlamada deyilib:“Əsgərlərimizi şəhid edən vətən xainlərinə lazımi cavabı verməyə davam edirik''.
Qeyd edək ki, cərşəmbə günü Türkiye Silahlı Qüvvələrinin altı hərbçisi İraqın şimalında "Pəncə-Kilid" əməliyyatı bölgəsində terrorçularla mübarizə zamanı şəhid olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB