Avropa İttifaqının Ukraynadan ixrac etdiyi taxıl miqdarı

Avropa İttifaqının Ukraynadan ixrac etdiyi taxıl miqdarı

Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Avropa İttifaqı Ukraynadan müxtəlif maşrutlarla 41 milyon ton taxıl ixrac edib.

Buna görə, 2022-ci ilin mart ayından etibarən Avropa İttifaqı ölkələri üçüncü ölkələrə 63,9 milyon ton taxıl, un və un məhsulları ixrac edib.

SİA-nın əldə etdiyi məlumata görə, u barədə Avropa Komissiyası məlumat yayıb.

Avropa Komissiyası qeyd olunan dövr ərzində Avropa bizneslərinin bu ticarətdən nə qədər gəlir əldə etdiyini açıqlamayıb.

Ukraynadan kütləvi şəkildə taxıl ixracı Avropa İttifaqının Ukrayna ilə həmsərhəd ölkələrdə öz bazarlarının həddən artıq çox olması və yerli fermerlərin alış qiymətlərinin aşağı düşməsi ilə bağlı ciddi problemlərə səbəb olub.

Nəticədə, Polşa, Macarıstan, Slovakiya, Rumıniya və Bolqarıstan martın sonunda Ukrayna taxılının yalnız tranzitinə icazə verərək öz bazarlarına idxalını qadağan ediblər. Qadağa Avropa Komissiyası tərəfindən mayın 2-dən sentyabrın 15-dək təsdiqlənib, lakin Polşa artıq onun ilin sonuna qədər uzadılmasını istəyir.

Bütün xəbərlər Facebook səhifəmizdə