Qərb bu döyüşdə Rusiyaya qalıb gələ bilməyəcək, amma Rusiya da...

Qərb bu döyüşdə Rusiyaya qalıb gələ bilməyəcək, amma Rusiya da...

...Kollektiv Qərb, birgə səylərlə belə, Ukraynadakı döyüş meydanında Rusiyaya qalib gələ bilməyəcək.

SİA TASS-a əsasən bu fikri Serbiya prezidenti Aleksandr Vuçiçin “Happy TV” telekanalında səsləndirdiyini bildirir.

Kiyevə kömək etmək və ona silah vermək üçün birləşən Qərb ölkələri heç vaxt Rusiyanı döyüş meydanında məğlub edə bilməyəcəklər.

Qeyd etdiyimiz kimi, Aleksandr Vuçiç bəyan edib bunu.

Amma maraqlıdır ki, bunları deyən Serbiya rəhbəri Rusiyanın həm hərbi, həm də siyasi mənada istədiyi hər şeyi əldə etməklə, nəhayət, bu döyüşdə qalib gələcəyinə əmin deyil.

“Qərb bütün gücü ilə belə, döyüş meydanında Rusiyanı məğlub edə bilməyəcək. Ancaq mən Rusiyanın da döyüş meydanında nəyəsə nail olacağına və ya onun siyasi baxımdan nəsə qazana biləcəyinə əmin deyiləm”.

...Ona görə də, Serbiya liderinin fikrincə, hərbi münaqişəyə son qoymaq üçün ən yaxşı variant mümkün qədər tez barışıq əldə etmək olardı.

Vuçiç onu da qeyd edib ki, indi Ukrayna münaqişəsi “sökülmə” mərhələsinə qədəm qoyub, ona görə də Belqrad Moskva və Kiyev arasında danışıqlar təşəbbüslərini diqqətlə izləyir.

... Axı, ABŞ-ın da maraqlarına cavab verən yalnız hərbi münaqişənin sülh yolu ilə həlli qlobal iqtisadiyyatı sabitləşdirməyə imkan verəcək.

Bax, bunu da Serbiya prezidenti deyir, necə deyərlər...

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə