Nigeriyada bu il leysan yağışların səbəb olduğu daşqınlar səbəbindən 7 mindən çox adam yurd-yuvasından didərgin düşüb.
SİA-nın əldə etdiyi məlumata görə, Nigeriya Milli Fövqəladə Halların İdarəsinin rəsmisi Fatimə Kasim aprel ayından bəri 10 ştatda ümumilikdə 34 983 nəfərin daşqınlara görə zərər çəkdiyini bildirib.
Leysan yağışlarının səbəb olduğu daşqınlar nəticəsində 7353 nəfərin məcburi köçkün vəziyyətinə düşdüyünü qeyd edən Fatimə Kasim 1679 evin dağıldığını, 866 hektar ərazinin tamamilə zərər gördüyünü bildirib.
Daşqınlar nəticəsində 5 nəfərin həyatını itirdiyini qeyd edən Kasım
indiyədək 75 nəfərin yaralandığını bildirib.
Nigeriya hökuməti 2022-ci ildə güclü yağışların səbəb olduğu daşqınlarda 600-dən çox insanın öldüyünü açıqlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB