“Barbie” filmi bu ölkələrdə qadağan olunur

“Barbie” filmi bu ölkələrdə qadağan olunur

Bu ilin ikinci ən çox gəlir əldə edən filmi halına gələn və bütün dünyada gündəmdən düşməyən “Barbie” filminə qadağa qoyan ölkələrin sayı artmaqdadır. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünya miqyasında blokbaster olan Barbie filmi bir-bir qadağan olunmağa davam edir. Margot Robbie və Ryan Gosling-in rol aldığı film iyulun 21-də nümayiş olunduqdan sonra bütün dünyada 1 milyard dollardan çox gəlir əldə edib.

Oyuncaq Barbie kuklası və rəfiqəsi Kenin real dünyada kimliklərini kəşf etməsindən bəhs edən film, dünyada yayımlanmadan əvvəl müzakirələrin mərkəzində idi.

İyulun əvvəlində Vyetnam bir səhnədə Çinin Cənubi Çin dənizindəki iddia etdiyi torpaqları göstərən "doqquz kəsik" xəritəsindən istifadə etdiyi üçün filmi qadağan etdi.

Bu ilin ikinci ən çox gəlir gətirən filmi olmağı bacaran Barbie filmi Livanda nümayiş olunmayacaq. Livanın Mədəniyyət naziri Məhəmməd Mortada verdiyi yazılı açıqlamada "Barbie" filminin "homoseksuallığı təbliğ etdiyi" və dini dəyərlərə zidd olduğu səbəbi ilə kinoteatrlarda nümayiş olunmayacağını açıqlayıb. Bəyanatda filmin “homoseksuallığı və cinsi transformasiyanı təbliğ etdiyi” və “inanc və əxlaqla ziddiyyət təşkil etdiyi”, ailə birliyini aşağı salmaqla qeyd edilib.

Film Livandan sonra Küveytdə də qadağan edilib. Küveyt mətbuatında çıxan xəbərlərdə Küveytin "ictimai etika"nı qorumaq üçün yuxarıda adı çəkilən qərarı aldığı qeyd edilib.
Livan 2017-ci ildə "homoseksuallıq marşı"na icazə verən ilk ərəb ölkəsi oldu.

Vyetnam, Livan və Küveytdəki qadağa qərarından sonra filmin Pakistanın Pəncab əyalətində nümayişi filmdə “uyğun olmayan məzmun” olduğu səbəbilə təxirə salınıb. Keçən ay açıqlama verən Pakistan rəsmiləri etiraz edilən məzmunun nə olduğu barədə açıqlama vermədilər.

Filmin nümayişi uzun müddət müzakirə edilən ölkələrdən biri də Filippin olub. Filippin ada ölkəsi filmə qadağa qoymaq əvəzinə, filmdə yer aldığı iddia edilən Cənubi Çin dənizində Çinin iddia etdiyi torpaqları göstərən “doqquz kəsikli” xəritəni kəsmək qərarına gəlib.

Ayşən Vəli

Müəllif: Ayşən Sadıxzadə

Bütün xəbərlər Facebook səhifəmizdə