Polşanın cənub-şərqindəki Lyublin şəhərində binanın bünövrəsini qazarkən bomba tapılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, xəbərdarlıq üzərinə hadisə yerinə gələn bomba zərərsizləşdirilməsi mütəxəssisləri, sözügedən partlayıcı maddənin İkinci Dünya Müharibəsi dövrünə aid olduğunu təyin ediblər.
Bomba yerləşdiyi yerdən götürülməzdən əvvəl 14 min sakinin təxliyəsi qərara alınıb. Lublin Bələdiyyəsi Lublinin qərbindəki Bronovitse və Kosminek rayonlarından təxliyə edilənlər üçün üç nöqtədə görüş yerləri hazırlayıb. Təyin olunmuş məntəqələrə öz imkanları ilə gedə bilməyənlər üçün pulsuz bələdiyyə avtobusları ayrıldığı halda, xəstələr və qayğıya ehtiyacı olanlar təyinatlı qayğı mərkəzlərinə göndərilib. Əhalinin təxliyyəsində və bölgənin təhlükəsizliyində 200 əsgər və polis iştirak edib. Təxliyədən sonra boş qalan küçələr təhlükəsizlik kameralarına əks olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB