Moskva yaxınlığında güclü yanğın baş verib

Moskva yaxınlığında güclü yanğın baş verib

Moskva yaxınlığındakı Odintsovoda güclü yanğın baş verib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, görüntülər sosial şəbəkələrdə yayılıb. Məlumata görə, “Odinqrad” yaşayış kompleksi ərazisindəki tikinti sahəsi yanıb. Digər məlumata görə isə Severnaya küçəsində pivə anbarı alışıb.

Bildirilir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları əraziyə gəliblər. Zərərçəkənlər barədə hələ ki, məlumat yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə