Somalidə kafedə partlayış baş verib, 10 nəfər ölüb

Somalidə kafedə partlayış baş verib, 10 nəfər ölüb

Somalidə baş verən partlayış nəticəsində azı 10 nəfər ölüb, daha 9 nəfər yaralanıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə polis idarəsinin yaxınlığında yerləşən kafedə baş verib.

Qeyd edək ki, bu, Somalidə bir gündə ikinci terror aktıdır. Bundan əvvəl ölkənin paytaxtı Moqadişonun rayonlarından birində hərbi maşın partladılıb. Partlayış nəticəsində 8 nəfər həlak olub.

Bütün xəbərlər Facebook səhifəmizdə