Rus danosbazlığının bariz nümunəsi...

Məhkəmə 82 yaşlı yazıçıya qarşı ordunun gözdən salınması ilə bağlı işə xitam verib
Rus danosbazlığının bariz nümunəsi...

Perm məhkəməsi 82 ​​yaşlı yazıçı Aleksandr Nikonova qarşı Rusiya ordusunun nüfuzdan salınması ilə bağlı başlanmış inzibati işi bağlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, qərar Sənaye Dairə Məhkəməsinin hakimi Oleq Mokruşin tərəfindən qəbul edilib.

Xatırladaq ki, Nikonova qarşı inzibati protokol yazıçının küçədə Rusiyanın Ukraynaya təcavüzündən danışdığı yeniyetmənin tələbi ilə tərtib edilmişdi.

Qeyd edək ki, o, tanımadığı gəncə müharibəyə getməməyi və “doğru deyən müxalifətçilərə qulaq asmağı” tövsiyə etmişdi.

Məhkəmədə çıxış edən Nikonovun vəkili Artyom Fayzulin bildirib ki, müvəkkili ilə yeniyetmə arasında təkbətək söhbət ordunun ictimai nüfuzunu sarsıtmaq sayıla bilməz.

Bundan əlavə, protokolu tərtib edən polis əməkdaşı daha sonra Nikonovun iştirakı olmadan ona qanunla qəti qadağan olunmuş əlavə də edib.

Gərək ki, SİA bir müddət bundan əvvəl rusiyalı danosbazlar haqqında danışmışdı. Budur, bu da Sizə rus yeniyetmənin timsalında bunun bariz nümunəsi...

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə