Kiyev və Vaşinqton cəbhədəki vəziyyəti müzakirə ediblər

Kiyev və Vaşinqton cəbhədəki vəziyyəti müzakirə ediblər

Kiyev və Vaşinqton cəbhədəki vəziyyəti müzakirə ediblər. Bu barədə avqustun 10-da öz Telegram-kanalında Ukrayna prezidentinin aparatının rəhbəri Andrey Yermak məlumat verib.

SİA-nın əldə etdiyi məlumata görə, Yermak bildirib ki, Ukrayna və ABŞ hərbi-siyasi rəhbərliyinin nümayəndələri cəbhədəki vəziyyət eləcə də müdafiə sahəsində əməkdaşlığa dair onlayn danışıqlar aparıblar.

Onun sözlərinə görə, onlayn görüş zamanı Ukrayna nümayəndələri ABŞ hərbi rəhbərliyinə cəbhədəki mövcud vəziyyət və Ukrayna ordusunun ehtiyacları barədə məlumat veriblər.

Bundan əlavə, iclasda iştirak edənlər Ukrayna şəhərlərinin və infrastrukturunun hücumlardan qorunmasının gücləndirilməsi zərurəti ilə bağlı məsələlər nəzərdən keçirilib.

Müzakirədə Kiyevdən müdafiə naziri Aleksiy Reznikov, Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı, Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov və digərləri iştirak ediblər.

ABŞ tərəfini isə ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan, ABŞ-ın müdafiə naziri Lloyd Ostin və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Milli təmsil ediblər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə