İran və ABŞ məhbus mübadiləsi haqqında razılığa gəliblər.
Bu arada “The New York Times” məsələ ilə tanış olan insanlara istinadən, Tehranın humanitar məqsədlər üçün dondurulmuş 6 milyard dollarlıq aktivlərə də çıxış əldə edəcəyini yazır.
ABŞ və İran bir neçə məhbus iranlının əvəzində həbsdə olan beş amerikalının azadlığının təmin edilməsi və İranın neft gəlirlərinin təxminən 6 milyard dollarının dondurulmaması üçün razılığa gəliblər.
Müqavilənin şərtlərinə görə, dondurulmamış vəsait humanitar məqsədlər üçün istifadə olunacaq.
SİA-nın əldə etdiyi məlumata görə, sazişin həyata keçirilməsində ilk addım olaraq Tehran hazırda ev dustaqlığında olan və əvvəllər casusluqda ittiham olunan ikili ABŞ və İran vətəndaşlığı olan 5 nəfəri artıq həbsdən azad edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB