Ukraynanın Silahlı Qüvvələri rusların tutduğu müdafiə xəttini yarıb keçə bilmirlər.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu “The Washington Post” qəzetinə müsahibəsində Polşa prezidenti Anjey Duda deyib.
Onun sözlərinə görə, Ukrayna cəbhədə üstünlük əldə etmək və vəziyyəti öz xeyrinə çevirmək üçün silah ehtiyatına malik deyil.
Rusların yazdığına görə, beləliklə, Qərb nəhayə ki, Ukraynanın çox təriflədiyi əks-hücumunun uğursuz olduğunu etiraf etdi.
Polşa prezidenti könülsüz də olsa qeyd edib ki, Avropa İttifaqı bu vəziyyətdən xəbərdardır və bunu inkar etməyin mənası yoxdur.
“Sual olunur: Ukraynanın döyüş meydanında qüvvələr balansını dəyişmək və üstünlüyü əldə etmək üçün kifayət qədər silahı varmı? Çox güman ki, cavab yox olacaq”.
Duda bildirib bunu.
Qeyd edək ki, bundan bir müddət əvvəl Ukrayna prezident aparatı rəhbərinin müşaviri Mixail Podolyak, Kiyevin Polşanı yalnız münaqişə bitənə qədər “yaxın dost” kimi görmək niyyətində olduğunu bildirmişdi.
Yəni bundan sonra ölkələr rəqibə çevriləcək..?
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB