Banqladeşdə 700 min insan qapalı qalıb

Banqladeşdə 700 min insan qapalı qalıb

Banqladeşin cənub-şərqində təsirli olan musson yağışlarının səbəb olduğu sel və torpaq sürüşmələri nəticəsində 700 min insan qapalı qalıb.

SİA-nın əldə etdiyi məlumata görə, rəsmilər təxliyyə olunmağı gözləyən bu insanların sığınacaq, təmiz su və qida ehtiyaclarının ən yüksək səviyyədə olduğunu bildirib.

Beş gündür elektrik verilməyən və torpaq sürüşmələri səbəbiylə yolların bağlandığı Bəndərbanın musson yağışlarından ən çox təsirlənən bölgə olduğunu ifadə edən rəsmilər Çattogram, Bandarban, Rangamati və Cox's Bazar bölgələrində cəmi 70 min insanın xilas edilərək sığınacaqlara yerləşdirildiyini qeyd ediblər.

Rəsmilər ən azı 200 Rohingya qaçqının sürüşmə təhlükəsi olan ərazilərdən təhlükəsiz sığınacaqlara yerləşdirildiyini açıqlayıb.

Qeyd olunub ki, Çittaqonq-Ko ərazisindən keçən magistral yollar nəqliyyatın hərəkəti üçün bağlanıb.

Banqladeş Meteorologiya İnstitutundan verilən açıqlamada leysan yağışların avqustun 15-dək davam edəcəyi, infrastrukturun qeyri-kafi olması səbəbindən daşqınların ola biləcəyi bildirilib.

Çərşənbə axşamı Banqladeşdə sel və torpaq sürüşməsi nəticəsində 4-ü Arakanlı müsəlman qaçqın olmaqla 7 nəfər həlak olub.

Bütün xəbərlər Facebook səhifəmizdə