Yaponiya hökumətdə dəyişiklik etməyi planlaşdırır

Bu barədə “Yomiuri” qəzeti hökumətdəki mənbələrə istinadən məlumat yayıb
Yaponiya hökumətdə dəyişiklik etməyi planlaşdırır

Yaponiya baş naziri Fumio Kişida sentyabrın birinci yarısında hökumətdə və hakim Liberal Demokrat Partiyasının (LDP) rəhbərliyində dəyişiklik etməyi planlaşdırır.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə xəbəri “Yomiuri” qəzeti hökumətdəki mənbələrə istinadən yayıb.

Nazirlər Kabineti və LDP-nin tərkibində dəyişikliklər sentyabrın 11-dən 13-dək baş tutacaq. Eyni zamanda, əsas nazirlər, eləcə də Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno öz vəzifələrini qoruyacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə