Ukrayna ilə sərhəddə, Bryansk vilayətinin Poqarski rayonuna raket hücumu nəticəsində iki nəfər ölüb, daha iki nəfər yaralanıb. Yaralılar xəstəxanaya göndərilib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri vilayətin qubernatoru Aleksandr Boqomaz verib.
Rəsmi şəxsin sözlərinə görə, Ukrayna ilə sərhəddən 5 kilometr aralıda yerləşən Çausy kəndi atəşə tutulub. Kənd təsərrüfatı binalarına ziyan dəyib.
Boqomazın dediyinə görə, Ukrayna Silahlı Qüvvələri atəşə tutmaya görə məsuliyyəti öz üzərinə götürüb.
Qeyd edilir ki, bu gün səhər saatlarında Bryansk vilayətinin Sevski rayonu da atəşə tutulub. Xınal kəndində yaşayış binası və ticarət obyekti qismən dağılıb.
Ukrayna ilə həmsərhəd olan Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov teleqramında Belqorod vilayəti üzərində vurulan pilotsuz təyyarə haqqında yazıb.
Qladkovun sözlərinə görə, Qorkovski kəndi yenidən atəşə tutulub. Üç fərdi evə ziyan dəyib. Ölən və yaralananlar olmayıb. Dünənki atəş zamanı isə bir yerli sakin həlak olub.
Bryansk vilayətinin qubernatoru kimi, Qladkov da atəşə görə Ukraynanı günahlandırıb.
Xatırladaq ki, Rusiyanın Ukrayna ilə həmsərhəd bölgələrinin səlahiyyətliləri mütəmadi olaraq atəşə məruz qaldığını bildirirlər. Ukrayna Silahlı Qüvvələrinin nümayəndələri isə bir qayda olaraq, hücumu şərh etmirlər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB